![<span style="color:red;">İslamiada: cüdoçularımız ən güclüdür - <span style="color:red;">MEDAL SAYI](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
İslamiada: cüdoçularımız ən güclüdür - MEDAL SAYI
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları Azərbaycan idmançılarının zəfərləri ilə yadda qalıb. Lent.az xəbər verir ki, 3 gün davam edən cüdo yarışının ən yaxşısı adını Azərbaycan millisi qazanıb. 5 çəki dərəcəsində mübarizə aparan kişi cüdoçularımız 5 qızıl, 2 gümüş medala sahib olub. Qadınların yarışında isə Azərbaycan təmsilçiləri 1 qızıl, 5 gümüş medala layiq görülüb. Hesabına 6 qızıl və 7 gümüş mükafat yazan komandamız bu göstəricidə hamını qabaqlayıb. İslamiadanın ən yaxşısı adına yiyələnən cüdo millimiz fərdi yarışlarda 13 medal qazanaraq, həm ümumi medal sayında, həm də mükafatlarının əyarına görə rəqibləri üçün əlçatmaz olub. Cüdoçularımızın ən yaxın izləyici olan Türkiyə Oyunları 2-ci pillədə bitirib. Yığmamızdan 3 medal geri qalan qardaş ölkənin təmsilçiləri 10 dəfə fəxri kürsüyə qalxıblar. Bunlardan 3-ü qızıl, 4-ü gümüş, 3-ü isə bürünc medal olub. Medal siyahısında Əlcəzair 3-cüdü. Bu komanda Bakıdan 1 çempionluq, 2 gümüş və 5 bürünclə ayrılıb. Cüdo yarışlarında himni çalınan digər 3 ölkə isə İran, Tunis və Qırğızıstandı. Bakı-2017-də Qazaxıstan, Fil Dişi Sahili, Türkmənistan, Livan, Birləşmiş Ərəb Əmirlikləri və Mərakeş cüdoçuları medal qazanmağı bacarıblar.
Azərbaycanın həm kişilər, həm də qadınlardan ibarət milliləri komanda yarışlarında da uğurla çıxış ediblər. Kişi cüdoçularımız bütün rəqiblərinə qalib gələrək İslam Oyunlarının qızıl medallarını qazanıblar. Qadın cüdoçularımız isə yalnız finalda Türkiyə millisinə uduzaraq gümüş medala sahib olublar.
Qeyd edək ki, cüdo yığmamızın heyətində Orxan Səfərov (60 kq), Nicat Şıxalizadə (66 kq), Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq), Erdenebat Bazarraqçaa (48 kq) birinci, Rüstəm Orucov (73 kq), Elmar Qasımov (100 kq), Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova (57 kq), Xanım Hüseynova (63 kq), İrina Kindzerska (+78 kq) ikinci yeri tutub. "CÜDO TV" Azərbaycan cüdoçularının İslamiada da parlaq qələbələrinə həsr olunan videomaterialı sizə təqdim edir.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO](https://lent.az/storage/news/2024/july/27/big/66a425db1a1a766a425db1a1a8172203362666a425db1a1a366a425db1a1a5.jpg)
Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO
27 iyul 2024 , 02:41Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO
26 iyul 2024 , 21:58![Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir](https://lent.az/storage/news/2024/july/26/big/66a3e1d5863ff66a3e1d586400172201621366a3e1d5863f966a3e1d5863fc.jpg)
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir
26 iyul 2024 , 21:50![Paris Olimpiada Oyunları başlamamış iranlı idmançı qovuldu](https://lent.az/storage/news/2024/july/26/big/66a3a3f3c97d766a3a3f3c97d8172200037166a3a3f3c97d266a3a3f3c97d4.jpg)
Paris Olimpiada Oyunları başlamamış iranlı idmançı qovuldu
26 iyul 2024 , 19:07![Ronaldo ailəsi ilə tətildə](https://lent.az/storage/news/2024/july/26/big/66a383fd5fc4666a383fd5fc64172199218966a383fd5fc4066a383fd5fc43.jpg)
Ronaldo ailəsi ilə tətildə
26 iyul 2024 , 18:02![Ərəblər "Barselona"nın bu hücumçusunu alır](https://lent.az/storage/news/2024/july/26/big/66a37262ece7366a37262ece74172198768266a37262ece7066a37262ece72.jpg)
Ərəblər "Barselona"nın bu hücumçusunu alır
26 iyul 2024 , 15:26!["Barselona"nın kapitanı o olacaq](https://lent.az/storage/news/2024/july/26/big/66a333072664a66a333072664b172197146366a333072664766a3330726648.jpg)
"Barselona"nın kapitanı o olacaq
26 iyul 2024 , 09:48![12 yaşlı qızı zorlamaqda təqsirli bilinir: Olimpiadaya getdi](https://lent.az/storage/news/2024/july/25/big/66a23d1140c5d66a23d1140c5e172190849766a23d1140c5766a23d1140c5a.jpg)