<span style="color:red;">Avropa Liqasının I təsnifat mərhələsi.  “İnter” yenə 3 qol vurdu
10 iyul 2014 23:19 (UTC +04:00)

Avropa Liqasının I təsnifat mərhələsi. “İnter” yenə 3 qol vurdu

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinə yekun vurulacaq.

 

Apasport.az saytının məlumatına görə, cavab oyunlarından biri Bakıda keçirilib.

 

Topaz Premyer Liqasının gümüş mükafatçısı “İnter” 2014/15 mövsümündə ilk ev oyununu oynayıb. Təmsilçimiz Moldovanın “Tiraspol” klubunu qəbul edib.

 

Ötən həftə səfərdə 3:2 hesablı qələbə qazanan komandamız üstünlüyü qorumağa çalışıb. İlk hissənin əvvəlində məğlub duruma düşən bakılılar ikinci hissənin sonunda dalbadal 3 qol vurublar. Bu qollardan 2-si penalti zərbəsi ilə vurulub. "Tiraspol" klubunun qapıçısı və müdafiəçisi isə qırmızı vərəqə alaraq müydandan qovulub.

 

Qeyd edək ki, “İnter”növbəti mərhələdə İsveç təmsilçisi “Elfsborq”la qarşılaşacaq.

 

 

“İnter” (Azərbaycan) – “Tiraspol” (Moldova) - 3:1

 

Qollar: Daşdəmirov, 79; Sxadadze, 84; Hüseynpur - Bulat, 6

 

Qırmızı vərəqə: Georgiyev, 77; Japaridze, 83 ("Tiraspol")

 

Baş hakim: Marios Panayit (Kipr)

 

Bakı. “Şəfa” stadionu

 

İlk oyun – 3:2

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1019
avatar

Oxşar yazılar