"Çelsi" fransalı hücumçuya görə 22 milyon avro verdi
31 yanvar 2018 19:31 (UTC +04:00)

"Çelsi" fransalı hücumçuya görə 22 milyon avro verdi

0

“Arsenal”ın hücumçusu Olivye Jiru Londonun digər nəhəng komandasına keçib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı forvard “Çelsi” ilə anlaşıb.

 

Dortmund “Borussiya”sından Pyerr-Emerik Obameyanqı transfer edən “Arsenal” “Çelsi”nin Jiru ilə bağlı təklifinə müsbət cavab verib. Klublar arasında anlaşmaya əsasən, “topçular” bu keçiddən 22 milyon avro qazanıblar.

 

Hücumçu yeni komandası ilə 1,5+1 illik müqavilə imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1038

Oxşar yazılar