“Barselona”nın qapıçısı Klaudio Bravo “Zamora mükafatı”na layiq görülüb. Apasport.az saytının məlumatına görə, bu mükafat İspaniya La Liqasında bir mövsümdə orta hesabla ən az qol buraxan qapıçıya təqdim olunur.
Çilili qapıçı cari mövsümdə çıxdığı 37 oyunda qapısında 19 qol görüb ki, bu da orta hesabla hər oyuna 0.51 qol deməkdi.
Xatırladaq ki, Primera tarixində bu 3-cü ən yaxşı nəticədir. 1993/94 mövsümündə “Deportivo”nun qapısnı qorumuş Fransisko Lianyo 0.47 ortalama nəticəsi ilə ən yaxşı göstəriciyə malikdi.
İkincilik isə başqa bir “Barselona”lı Viktor Valdesə məxsusdu. O, 2010/11 mövsümündə orta hesabla hər oyuna 0.5 qol nəticə göstərmişdi.
Qeyd edək ki, bu mükafatı bu vaxta qədər “Barselona”lı qapıçılar 20 dəfə qazanıb. Katalonların əzəli rəqibi “Real”da isə bu göstərici 16-a bərabərdi.