İspaniya millisinin və “Barselona” klubunun aparıcı üzvü Xavi Hernandes ilin ən yaxşı oyunçusu seçilib. Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, ispaniyalı futbolçu El Mundo Deportivonun təsis etdiyi “Qızıl Top” mükafatına layiq görülüb.
Təcrübəli yarımmüdafiəçi karyerası ərzində müxtəlif illərdə bu mükafata sahib çıxıb.
Sadəcə 2010-2011-ci illərdə Xavi sorğuda üçüncü olub. Həmin illərdə isə ilin ən yaxşı oyunçusu “Barselona”nın argentinalı ulduzu Lionel Messi seçilib.
Qeyd edək ki, mövsümün sonunda “Barselona”dan ayrılacaq futbolçu karyerasını Qətərin “Əl-Saddə” klubunda davam etdirəcək.