Dünən baş tutan 17 yaşlı futbolçular arasında Avropa çempionatının final matçının izləyiciləri arasında keçmiş gürcü futbolçu Şota Arveladze də var idi. Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra əməkdaşımızın suallarını cavablandıran Şota Bakıya AFFA rəhbərliyinin dəvəti ilə gəldiyini bildirmişdi.
Ancaq əldə etdiyimiz məlumata görə, “Ayaks” və “Tarbzonspor”un keçmiş hücumçusunun ölkəmizə gəliş səbəbi heç də Avropa çempionatı ilə bağlı deyil. Belə ki, gürcü mütəxəssis “Neftçi” ilə danışıq aparmaq üçün Bakıya təşrif buyurub.
Türkiyədə “Kayserispor”, “Kasımpaşa” və “Trabzonspor” kimi komandalarda baş məşqçi kimi çalışmış Arveladze artıq “ağ-qaralar”la ilkin danışıqlar aparıb. Aldığımız məlumata görə, tərəflər arasında maddi məsələlərdə kiçik anlaşmazlıqlar yaranıb ki, əgər bunlar həll olunarsa, böyük ehtimalla bu təyinat reallaşacaq.