[b]Şahmatçılarımız Avropa çempionluğunun bir addımlığında[/b]
05 noyabr 2017 22:36 (UTC +04:00)

[b]Şahmatçılarımız Avropa çempionluğunun bir addımlığında[/b]

Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının 8-ci tur davam edir. Apasport.az saytının məlumatına görə, qitə birinciliyində millimiz qadınlar və kişilərdən ibarət komanda ilə iştirak edir.

 

Mötəbər yarışın səkkizinci turunda kişilərdən ibarət yığmamız Rusiya, xanım şahmatçılarımız isə Fransa millisi ilə qarşılaşıblar.

 

Şəhiyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç və Rauf Məmmədovdan ibarət kişi millimiz rəqibinə şans verməyib – 3:1. Bu oyuna qədər lider olan Rusiya üzərindəki qələbə yığmamızı turnir cədvəlində birinci pilləyə yüksəldib.

 

Yarışın sonuna bir tur qalmış millimiz Avropa çempionluğunun bir addımlığında qərarlaşıb.

 

Qadınlar yığmamız da eynihesablı qələbəyə sevinib – 3:1.

 

 

Komandalararası Avropa çempionatı

VIII tur

 

Kişilər

 

Rusiya – Azərbaycan – 1:3

 

1. Aleksandr Qrişuk (2785) – Şəhriyar Məmmədyarov (2791) – 0:1

2. Yan Nepomnyatç (2733) – Teymur Rəcəbov (2741) – 0:1

3. Maksim Matlakov (2730) – Arkadi Naydiç (2702) – 1:0

4. Daniil Dubov (2677) – Rauf Məmmədov (2678) – 0:1

 

Turnir cədvəli: 1. Azərbaycan – 13 xal, 2. Rusiya – 12 xal, 3. Ukrayna – 12 xal

 

 

Qadınlar

 

Fransa – Azərbaycan – 1:3

 

1. Marie Sebaq (2495) – Günay Məmmədzadə (2393) – 0.5:0.5

2. Almira Skripçenko (2399) – Zeynəb Məmmədyarova (2298) – 0:1

3. Silvia Kollas (2288) – Fətəliyeva Ülviyyə (2348) – 0:1

4. Paulino Quşar (2285) – Gülnar Məmmədova (2385) – 0.5:0.5

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 132
avatar

Oxşar yazılar