[b]Ronaldo adını futbol tarixinə yazdı[/b]
15 fevral 2018 10:22 (UTC +04:00)

[b]Ronaldo adını futbol tarixinə yazdı[/b]

“Real”ın futbolçusu Kriştianu Ronaldo Çempionlar Liqasının (ÇL) tarixinə düşüb. Apasport.az saytı xəbər verir ki, portuqaliyalı hücumçu buna turnirin 1/8 final mərhələsinin PSJ ilə keçirilən ilk oyununda nail olub.

 

Madridlilərin 3:1 hesablı qələbəsi ilə başa çatan görüşdə Ronaldo dubla imza atıb. Bununla da, 33 yaşlı superulduz bir klubun heyətində ÇL-də 100 qol vuran ilk futbolçu adına yiyələnib.

 

İkinci pillədə aktivində “Barselona”nın futbolçusu Lionel Messi qərarlaşıb. Onun aktivində 97 qol var.

 

Qeyd edək ki, Kriştianu Ronaldo 2009-cu ildən “Real”ın formasını geyinir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227

Oxşar yazılar