<b>Qol kralı səhnədə yıxıldı </b><span style="color:red;"> - VİDEO
05 sentyabr 2014 10:40 (UTC +04:00)

Qol kralı səhnədə yıxıldı - VİDEO

Hollandiyada keçən il futbol çempionatında ən çox qol vuran oyunçu mükafatlandırma mərasimində yıxılıb. Lent.az-ın məlumatına görə, keçən mövsüm ən çox qol vuran futbolçu nominasiyasında birinci olan “Herenven” klubunun hücumçusu Alfred Finboqason təltif edilmək üçün səhnəyə dəvət edilib. O, mükafatı alarkən özünü pis hiss edib və nə qədər özünü toparlamağa çalışsa da, yerə yıxılıb. Dərhal təcili tibbi yardıma müraciət olunub. Tibbi müdaxilədən sonra futbolçu ayağa qalxıb və mükafatını qəbul edib.

Qeyd edək ki, mükafatı Finboqasona Hollandiya millisinin və “Mançester Yunayted”in keçmiş hücumçusu Rud Van Nisterloy təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1765
avatar

Səlcuq Elçin

Oxşar yazılar