[b]Prosineçki bu ölkədən 800 min avro istəyir[/b]
10 oktyabr 2017 11:54 (UTC +04:00)

[b]Prosineçki bu ölkədən 800 min avro istəyir[/b]

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Sloveniya yığmasının “sükanı arxası”na keçə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

 

İddiaya görə, xorvatiyalı mütəxəssislə danışıq aparılıb və o, ilinə 800 min avro maaş istəyib. Lakin Sloveniya Futbol İttifaqının prezidenti Rade Miyatoviç bunu təkzib edib.

 

O, yerli mətbuata açıqlamasında bu qədər məbləği vermək imkanına malik olmadıqlarını söyləyib: “Baş məşqçi postuna namizədimiz var. Robert Prosineçkinin belə bir tələbindən isə xəbərsizəm. Ümumiyyətlə, bizim bu pulu ödəmək üçün lazımi qədər maliyyə imkanımız yoxdu. Belə yüksək vəsaiti ödəyə bilmərik”.

 

Qeyd edək ki, hazırda Sloveniya yığmasında baş məşqçi postu boşdu. Robert Prosineçkinin AFFA ilə müqavilə müddəti isə bu ilin sonuna qədərdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

ApaSport TV

Oxşar yazılar