<b>Azərbaycan millisinin baş məşqçisinin qələbə şərhi</b>
03 fevral 2018 10:23 (UTC +04:00)

Azərbaycan millisinin baş məşqçisinin qələbə şərhi

0

“Komandam oyuna yaxşı hazırlaşmışdı. Fransa ilə görüşün bizim üçün final matçına bərabər olduğunu hamımız anlayırdıq". Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

 

Yığmamız AVRO-2018-in ilk oyununda Fransa üzərində 5:3 hesablı qələbə qazanaraq, adını 1/4 finala yazdırıb.

 

Qarşılaşmadan sonra qələbəni şərh edən millimizin çalışdırıcısı oyun ərzində gərgin anlar olduğunu söyləyib: "Hətta hesabda geriyə də düşdük. Ancaq oyunçularım tez bir zamanda toparlanmağı və oyun intizamını qorumağı bacardılar. Onlar məşq zamanı dediklərimi tətbiq etdilər. Ardıcıl 2 qol vurduq və hesabı lehimizə dəyişdikdən sonra psixoloji üstünlüyə də sahib olduq. Fransa millisi sona qədər mübarizə apardı. Onlar məğlubiyyətlə barışmaq istəmirdilər. İspaniya ilə matçda qazandıqları 1 xal onlarda inam yaratmışdı. Təzyiq altında meydana çıxsaq da, vacib qələbə qazandıq. Bizi qrupda İspaniya ilə matç gözləyir. 1/4 finala vəsiqəni təmin etməyimizə baxmayaraq, qələbə qazanmaq üçün mübarizə aparacağıq. Çünki qrup mərhələsini birinci pillədə başa vurmaq şansımız var. Təbii ki, ispanlar da mübarizəni davam etdirmək üçün qələbə qazanmağa çalışacaqlar”.

 

Qeyd edək ki, yığmamız qrupda sonuncu oyununu fevralın 4-də İspaniyaya qarşı keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 289

Oxşar yazılar