[b]Almaniyanın baş məşqçisi voleybolçumuzu dünyanın ən yaxşısı adlandırdı[/b]
30 sentyabr 2017 00:25 (UTC +04:00)

[b]Almaniyanın baş məşqçisi voleybolçumuzu dünyanın ən yaxşısı adlandırdı[/b]

0

“İlk setdə Azərbaycan göstərdi ki, sadəcə bir oyunçu ilə də qələbə qazanmaq olar. Çünki bütün xalları Polina Rəhimova qazandı”.

 

Apasport.az saytının məlumatına görə, bu sözləri voleybol üzrə Almaniya millisinin baş məşqçisi Feliks Koslovski deyib.

 

Qadın voleybolçular arasında Avropa çempionatının 1/4 final mərhələsində Almaniya yığması millimizlə qarşılaşıb.

 

Oyundan sonra “bundestim”in çalışdırıcısı fikirlərini bölüşüb: “Məncə, o, hazırda dünyanın ən yaxşı hücumçusudur. Komandam yaxşı mübarizə apardı, ancaq Rəhimovanın günüdürsə, onu heç kim dayandıra bilməz. Öz evində yüksək əhval-ruhiyyə ilə oynayan komanda ilə oynamaq bizim üçün çox çətin idi. Mən bu komandanı 2007-ci ildə də görmüşdüm, bir çox oyunçular eynidir. Mənim voleybolçularımın isə 8-9 nəfəri üçün bu ilk böyük turnirdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar