İngiltərənin “Mançester Yunayted” və “Arsenal” klubları müvafiq olaraq Aleksis Sançes və Henrik Mxitaryanla müqavilə bağladıqlarını bəyan ediblər.
APA-nın xəbərinə görə, “Mançester Yunayted”in mətbuat xidməti Çili yığmasının hücumçusu ilə müqavilənin şərtlərini açıqlamayıb.
“Arsenal” da ermənistanlı forvardla müqavilənin detallarını açmayaraq, onun uzunmüddətli olduğunu qeyd etməklə kifayətlənib.
Aleksis Sançes 2014-cü ildən “Arsenal”ın şərəfini qoruyub, Henrik Mxitaryan isə 2016-cı ildə Dortmund “Borussiya”sından “Mançester”ə keçib.