Gənc idmançılarımız Yunanıstanda
31 iyul 2013 13:50 (UTC +04:00)

 Gənc idmançılarımız Yunanıstanda

Beynəlxalq Olimpiya Akademiyası tərəfindən Olimpiya Yay Məktəbində iştirak etmək üçün 40 nəfərə dəvət göndərilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, Olimpiya Yay Məktəbi avqustun 2-dən 13-dək Yunanıstanın Olimpiya şəhərində, Beynəlxalq Olimpiya Akademiyasında Azərbaycandan olan gənc məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün təşkil ediləcək.

 

Bu məqsədlə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Respublika Olimpiya İdman Liseyinin, Uşaq-Gənclər İdman Məktəblərinin məşqçi-müəllimləri, tələbə-gənclər təşkilatlarının fəal üzvləri arasında seçim aparılıb, ingilis və rus dillərini bilən namizədlərin siyahısı Beynəlxalq Olimpiya Akademiyasına təqdim olunub. Mühazirələr və müzakirələr ingilis və rus dillərində aparılacaq.

 

 

Qeyd edək ki, Olimpiya Yay məktəbi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Beynəlxalq Olimpiya Akademiyası arasında təhsili sahəsində əməkdaşlıq çərçivəsində keçirilir.

 

İştirakçılar sabah Bakıdan Afinaya yola düşəcəklər. Səfər müddətində Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos, direktoru Dionissis Qanqas, beynəlxalq şöbənin rəhbəri Antonia Borbatislou və digər rəsmi şəxslərlə görüşlər nəzərdə tutulub.

 

 

# 546
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar