“Xəzər Lənkəran” tarixinin ən uğurlu baş məşqçisinə qovuşdu
01 dekabr 2013 12:05 (UTC +04:00)

“Xəzər Lənkəran” tarixinin ən uğurlu baş məşqçisinə qovuşdu

“Xəzər Lənkəran” klubunun baş məşqçi postuna yeni təyinat gerçəkləşib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Türkiyə futbolunun tanınmış simalarından olan Mustafa Dənizli ilə 1,5 illik müqaviləyə imzalanıb.

 

Dənizli ötən gün “ağ-yaşıllar”ın Lənkərandakı ofisində klub prezidenti Mais Mənsimovla görüşərək, bir çox detalları müzakirə edib. Dekabrın 1-də isə o, müqaviləyə imza atıb.

 

Qeyd edək ki, Mustafa Dənizli 10 noyabr 1949-cu ildə anadan olub. O, baş məşqçi kimi bir çox uğura imza atıb. Dənizlini 10 illik tarixə malik “Xəzər Lənkəran”ın ən titullu baş məşqçisi saymaq olar. Çünki bu mütəxəssis

 

- Türkiyənin 3 ən böyük klubu – “Beşiktaş” (2009), “Fənərbağça” (2001) və “Qalatasaray”a (1988, 1991) çempionluq yaşadan yeganə

 

- Çempionlar Kubokunda Türkiyə klubunu yarımfinala çıxaran (1988-1989) ilk və yeganə

 

- “Fənərbağça”nı çempion edən (2001) ilk türk

 

- “Beşiktaş”a Türkiyə çempionluğu və kubokunu qazandıran (2009) ilk türk

 

Türkiyə millisini nüfuzlu yarışda ¼ finala çıxaran (2000-ci il Avropa çempionatı) ilk baş məşqçidir.

 

Ümumilikdə, 64 yaşlı mütəxəssisin titulları arasında 4 Türkiyə çempionluğu, “Qalatasaray”la 2 Türkiyə Superkuboku, “3 böyük”lə üst-üstə 3 Türkiyə Kuboku, İran “Persepolis”i ilə ölkə kuboku var.  Dənizli baş məşqçi qismində “Qalatasaray” (1987 – 1989, 1990 - 1992), Türkiyə millisi (1987 – 1988 və 1996 – 2000), “Kocaelispor” (1994 – 1996), “Fənərbağça” (2000 – 2001), “Manisaspor” (2003 – 2004), “Beşiktaş” (2008 – 2010) və “Çaykur Rizespor” (2012 – 2013), eləcə də Almaniyanın “Alemannia” (1989 – 1990), İranın “Pas” (2005 – 2006) və “Persepolis” (2006 – 2007 və 2011 - 2012) komandalarına rəhbərlik edib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1873
avatar

Oxşar yazılar