“Sevilya” Avropa Liqasının qalibi oldu
28 may 2015 01:50 (UTC +04:00)

“Sevilya” Avropa Liqasının qalibi oldu

Apasport.az saytının məlumatına görə, Polşanın paytaxtı Varşavada baş tutmuş matçda Ukraynanın “Dnepr” və İspaniyanın “Sevilya” klubları üz-üzə gəlib.

 

İlk dəfə avrokubokların finalına yüksələn Dnepropetrovsk təmsilçisinin bundan artığına gücü çatmayıb. “Dnepr”in “Dinamo” və “Şaxtyor”un ardından avrokubok sahibi olan 3-cü Ukrayna klubu olmaq xəyalları baş tutmayıb.

 

“Sevilya” isə kuboku başı üzərinə qaldıraraq tarixə düşüb. İspaniya təmsilçisi yarışın qalibi adını 4 dəfə qazanan ilk klub olub. İtaliya təmsilçiləri “Yuventus” və “İnter”, həmçinin İngiltərə “Liverpul”unu qabaqlayan "andalusiyalılar" həmçinin son iki çempionluğu ardıcıl qazanıblar.

 

Final

27 may

 

“Dnepr” (Ukrayna) – “Sevilya” (İspaniya) - 2:3

Qol: Kaliniç, 6, Rotan, 44 - Krikovyak, 28, Bakka, 31, 73

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar