UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Qəbələ” - “Maribor” (Sloveniya) oyununun keçiriləcəyi yer müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandalar “Dalğa Arena”da üz-üzə gələcəklər.
Avroliqanın ilk üç turu çərçivəsində baş tutan oyunları “Bakcell Arena”da keçirən “qırmızı-qaralar”ın arenanı dəyişməsinə səbəb adıçəkilən stadionda renovasiya işlərinin aparılmasıdır.
“Qəbələ” Mərdəkanda keçiriləcək oyunu izləmək istəyən azarkeşlərin rahatlığını təmin etmək məqsədilə paytaxt mərkəzindən stadiona nəqliyyat vasitələri ayıracaq. Bu məqsədlə ayrılan avtobuslar oyun günü azarkeşləri matçın keçiriləcəyi stadiona aparacaq və geri gətirəcək. Nəqliyyat vasitələrinin marşrutu barədə yaxın günlərdə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, avqustun 18-də “Dalğa Arena”da keçiriləcək “Qəbələ” – “Maribor” oyunu saat 21:00-da başlayacaq.