UEFA Çempionlar Liqasının ikinci təsnifat məhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kukesi” qarşılaşmasına hakim təyinatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcəklər.
Görüşün baş hakimi Peter Kraloviç olacaq. Ona Miroslav Benko və Erik Wayss yardımçı olacaqlar. Ehtiyat hakim isə Patrik Hrcka təyin olunub.
Qeyd edək ki, “Qarabağ” – “Kukesi” matçı avqustun 1-də keçiriləcək və saat 21:00-da start götürəcək.