“Qalatasaray” ŞOK-da: Terimə 9 oyun cəza, kluba 115 min lirə cərimə
11 aprel 2013 23:05 (UTC +04:00)

“Qalatasaray” ŞOK-da: Terimə 9 oyun cəza, kluba 115 min lirə cərimə

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terimi 9 oyunluq cəzaya məruz qoyub. Lent.az-ın məlumatına görə, səbəb aprelin 6-da “Mersin İdman Yurdu” ilə Superliqa matçı zamanı 60 yaşlı mütəxəssisin hakimlərə qarşı yolverilməz davranışı olub.

 

İdman prinsiplərinə zidd davranışı üzündən 1, hakimi və federasiya nümayəndəsini təhqir etdiyi üçün üst-üstə 6 rəsmi oyunda onun paltardəyişmə otağına və ehtiyat oyunçular skamyasına girişinə qadağa qoyulub. Terimin cəzalarına ötən il mayın 10-dan qalan 2 matçlıq şərti diskvalifikasiyası da əlavə olunub. Baş məşqçiyə üst-üstə 50 min lirə cərimə də kəsilib. Terimin köməkçilərindən Hasan Şaş 2, Ümit Davala və futbolçu Sabri Sarıoğluna hərəyə 1 oyun cəza alıb. Davala idmançıya yaraşmayan hərəkəti, Şaş hakimə qarşı davranışı, Sarıoğlu isə idmançıya yaraşmayan açıqlamaları üzündən diskvalifikasiya olunub. Bu 3 şəxs klubu üst-üstə 40 min lirə ziyana salıblar. Daha 25 min lirə cərimə isə oyun zamanı azarkeşlərin davranışı üzündən kəsilib.

Beləliklə, Fatih Terim mövsümü indidən qapayıb, “Qalatasaray” isə 115 min lirə (təqribən 50 min manat) cəriməyə məruz qalıb. 

# 1455
avatar

Oxşar yazılar