“Kəpəz”in dönüşü uğurlu oldu!
07 iyul 2016 21:30 (UTC +04:00)

“Kəpəz”in dönüşü uğurlu oldu!

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Kəpəz” “Daçiya” səfərinə yollanıb.

 

İlk oyunda öz meydanında rəqibi ilə qolsuz bərabərliyə razılaşmış gəncəlilər səfər matçında qələbəyə seviniblər. Şahin Diniyevin yetirmələri ikinci hissənin əvvəlində Dario Federikonun vurduğu qolla hesabı açıblar.

 

Matçın sonuna qədər başqa qol olmayıb və "Kəpəz" səfər qələbəsi ilə növbəti mərhələyə adlayıb.

 

Qeyd edək ki, 16 il sonra Avrokuboklarda yenidən çıxış edən Gəncə təmsilçisi dönüşünü mərhələ adlamaqla qeyd edib.

 

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunu

 

“Daçiya” (Moldova) – “Kəpəz” (Azərbaycan) - 0:1

Qol: Dario Federiko Junior, 57

 

Baş hakim: Laşa Silaqava

Speya (Moldova). “Speya” stadionu

İlk oyun – 0:0 

# 220
avatar

Oxşar yazılar