“İbrahimoviç Mançesterin tanrısı olacaq” - <span style="color:red;">Robert Prosineçki
12 avqust 2016 16:03 (UTC +04:00)

“İbrahimoviç Mançesterin tanrısı olacaq” - Robert Prosineçki

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Avropa mətbuatının gündəmindən düşmür. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis bu dəfə Zlatan İbrahimoviçin “Mançester Yunayted”ə keçidini dəyərləndirib.

 

“Yuventus”un 90 milyon avroya transfer etdiyi Qonzalo İquaini kök olduğu üçün “kiçik donuz” adlandıran Prosineçki isveçli forvard barədə tam fərqli fikirdədi. 47 yaşlı mütəxəssis Zlatanın “qırmızı şeytanlar”da uğurlu olacağını düşünür.

 

Yığmamızın çalışdırıcısının fikrincə, 35 yaşlı oyunçu tezliklə yeni komandasının liderinə çevriləcək: “Mançester Yunayted” İbrahimoviçi heyətinə qatmaqla doğru addım atıb. Mən İbraya heyranam. Onun ilk mövsümündə minimum 30 qol vuracağına şübhəm yoxdu. İbrahimoviç Mançesterin tanrısı olacaq”.

 

Qeyd edək ki, “Mançester Yunayted”ə PSJ-dən keçən Zlatan İbrahimoviç ilk rəsmi matçındaca “Lester”in qapısına qol vuraraq komandasına İngiltərə Superkubokunu qazandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Oxşar yazılar