Türkiyə superliqasının son turunda “İstanbul Başakşehir” ilə heç-heçə edərək çempionluq şansını itirən “Fənərbağça”nın sadiq azarkeşlərindən biri dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, oyunu Rizə şəhərində izləyən fanat Yusif Sokur evinə gələndən sonra infarkt keçirib.
Yusif Sokurun meyiti Trabzona göndərilib. Ölüm səbəbinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.