“Federasiyadan heç bir təklif almamışam” – Prosineçki
13 oktyabr 2017 04:50 (UTC +04:00)

“Federasiyadan heç bir təklif almamışam” – Prosineçki

Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin gələcək karyerası ilə bağlı xəbərlər çıxmağa davam edir. Apasport.az saytının məlumatına görə, növbəti iddia ilə Bosniya və Hersoqovina mətbuatı çıxış edib.

 

“Mondo.ba” portalında yer alan xəbərdə xorvatiyalı mütəxəssisin bu ölkənin milli komandasının baş məşqçisi postuna əsas namizəd olduğu bildirilib.

 

Prosineçki özü isə deyilənlərə belə cavab verib: “Artıq ikinci adamsınız ki, bu sualı mənə verirsiniz. Bir qədər öncə xorvatiyalı bir jurnalist də dedi ki, məni Bosniya və Hersoqovina millisinin baş məşqçi postunda dəvət etmək istəyirlər. Ancaq federasiyadan heç bir təklif almamışam. İndi sizdən eşidirəm bunu. Heç bir şeydən xəbərim yoxdu”.

 

Təklif olacağı halda qəbul edib-etməyəcəyi ilə bağlı suala isə xorvatiyalı belə cavablandırıb: “Bosniya və Hersoqovinanın əla oyunçulardan qurulmuş komandası var. Bu barədə ancaq bunu deyə bilərəm”.

 

Bir neçə gün əvvəl Sloveniya yığmasının baş məşqçiliyinə də namizəd göstərilən ötən zamanların məşhur oyunçusu bu barədə də məlumatsız olduğunu deyib: “Eyni vəziyyətdi. Mənə heç zəng edən də olmayıb. İctimaiyyətə açıq bir namizəd olduğumu bilirəm, ancaq real təklif yoxdur”.

 

Qeyd edək ki, milli komandamızla müqaviləsi dekabrda başa çatacaq xorvat mütəxəssisn böyük ehtimalla yeni müqavilə imzalamayacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar