Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. Apasport.az saytı xəbər verir ki, UEFA 4 oyunçunu fərqləndirib.
Bunlar “Mançester Yunayted”in qapıçısı David de Xea, Donetsk “Şaxtyor”unun futbolçusu Fred, “Çelsi”nin yarımmüdafiəçisi Villian və “Bavariya”nın üzvü Tomas Müllerdi.
Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsverməyə əsasən müəyyənləşəcək.