2017-ci ildə dünya futbolunda transferə ümumilikdə nə qədər pul xərcləndiyi açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA bu barədə hesabat açıqlayıb.
Ali futbol qurumunun açıqladığı Beynəlxalq Transfer Bazarı raportuna əsasən, 1 yanvar – 31 dekabr tarixləri arasında rəsmiləşən transferlər ötən ilə nisbətdə 6.8% artaraq 15.624-ə çatıb.
Dünya miqyasında transfer üçün xərcələnən ümumi büdcə isə 32.7%-lik yüksəlişlə 6.37 milyard dollar olub.
Bu məbləğin 67.4%-ni 13 ölkədən 50 klub xərcləyib.
Qeyd edək ki, 2017-ci ildə 181 ölkədə 13.415 futbolçu klub dəyişib. Bunlardan 15.8%-i ödənişlə, 84.2%-i isə pulsuz olub.