Arsen Venger
19 mart 2022 12:21 (UTC +04:00)

Arsen Venger

Vengerdən növbəti təklif: “Mikrofondan istifadə olunsun”

FIFA-nın məsləhətçisi Arsen Venger növbəti təkliflə çıxış edib.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis bu dəfə hakimlərin mikrofondan istifadə etməsi təşəbbüsünü müdafiə edib.

Onun fikrincə, referilərin öz aralarındakı söhbətin eşidilməsində problem olmamalıdır: “Cəmiyyətdən şəffaflıq tələbi var. Hakimlər qərarlarını izah etmək zərurəti ilə razılaşırlar və növbəti addım mikrofondan istifadə etməkdir. Şəxsən mən hər şeyin eşidilə biləcəyinə etiraz etmirəm. Bu, hakimlərə qarşı hörmətsizliyi dayandırmağın ən yaxşı yoludur”.

Qeyd edək ki, Arsen Venger həm də dünya çempionatının iki ildən bir keçirilməsi ideyasının əsas təşəbbüskarlarından biridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1988

Oxşar yazılar