Futbol üzrə Türkiyə Kubokunun A qrupunda "Alanyaspor" - "Qalatasaray" matçı keçirilib.
Lent.az xəbər verir ki, dördüncü turun oyunu Okan Burukun yetirmələrinin qələbəsi ilə yekunlaşıb - 1:2.
"Qalatasaray"a qələbə qazandıran qolları Barış Yılmaz (penaltidən) və Renato Nhaqa vurublar.
"Alanyaspor"un təsəlli qolunun müəllifi isə Stiv Muniye olub.
Bununla da "Qalatasaray" qrupda ardıcıl dörd oyunda meydandan qalibiyyətlə ayrılıb.