“Trabzonspor” Türkiyə Kubokunun qalibi oldu
23 may 2026 00:32 (UTC +04:00)

“Trabzonspor” Türkiyə Kubokunun qalibi oldu

0

Futbol üzrə Türkiyə Kubokunun qalibi bəlli olub.

Apasport.az xəbər verir ki, final matçı Antalyada keçirilib.

Həlledici görüşdə "Trabzonspor" "Konyaspor"la qarşılaşıb. Hesab ilk yarıda açılıb. Qara Dəniz təmsilçisi Paul Onuaçunun qolu ilə önə keçib.

İkinci hissədə Cekson Muleka hesabı bərabərləşdirib. Oyunun gedişində Onuaçu dubl müəllifi olub.

Bununla da, "Trabzonspor" ölkə kubokunun qalibi adına sahib çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar