
Yozef Venqloş
Tanınmış baş məşqçi vəfat etdi

Tanınmış slovakiyalı baş məşqçi Yozef Venqloş vəfat edib.
Apasport.az saytının məlumatına görə, mütəxəssis 85 yaşında dünyasını dəyişib.
Futbolçu vaxtı yarımmüdafiəçi kimi çıxış edən Venqloş 1955-ci ildə “Slovan”la Çexoslovakiya çempionu adına yiyələnib. Hepatit xəstəliyi üzündən karyerasını 30 yaşında başa vuran slovakiyalı Avstraliyaya köçərək məşqçilik fəaliyyətinə başlayıb.
Məşqçi kimi tez-tez komanda dəyişən Venqloş Avstraliya klublarının ardından vətənində “Koşitse”, “Slovan”, Portuqaliyada “Sportinq”, Malayziyada “Kuala Lumpur”, İngiltərədə “Aston Villa”, Türkiyədə “Fənərbaxça”, Şotlandiyada “Seltik”, Yaponiyada “Cef Yunayted”ə rəhbərlik edib. O, Çexoslovakiya, Avstraliya, Malayziya, Slovakiya və Oman millilərinin də baş məşqçisi olub.
Çexoslovakiya millisində AVRO-1980-nin bürünc mükafatını qazanan mütəxəssis DÇ-1990-da 1/4 final həyəcanı yaşayıb.
Venqloş İngiltərə Premyer Liqasının tarixinə də düşüb. O, burada çalışan ilk əcnəbi mütəxəssis olub.

Oxşar yazılar

Olimpiya çempionu ölü tapıldı
6 mart 2021 , 19:06
“Qəsdən uduzurlar” – ŞOK İTTİHAM
6 mart 2021 , 15:20
AFFA daha bir əcnəbi futbolçunu milliləşdirir
6 mart 2021 , 13:24Futbol tarixinin sadiq “11-liy”i - SİYAHI
5 mart 2021 , 17:21
“Napoli”nin müdafəçisi qovuldu
5 mart 2021 , 16:14
Bu ulduzlar AVRO-2020-ni buraxacaq - SİYAHI
5 mart 2021 , 13:57
Nazir Azad Rəhimov Bakıya nə vaxt dönəcək? - Müavindən AÇIQLAMA
5 mart 2021 , 11:17
Helena İbrahimoviçlə sevgili olma səbəbini AÇIQLADI
5 mart 2021 , 09:48