Şəhriyar Məmmədyarov  15 rəqibə qarşı
13 oktyabr 2022 13:02 (UTC +04:00)

Şəhriyar Məmmədyarov 15 rəqibə qarşı

Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsində çıxış edəcək.

Apasport.az saytının məlumatına görə, turnirdə seriyanın təşkilatçısı Maqnus Karlsendən başqa, 15 şahmatçı mübarizə aparacaq. 

Bunlar həmyerlimiz Şəhriyar Məmmədyarov, Aniş Giri (Niderland), Qukeş, Arcun Eriqaisi, Pentala Harikrişna, Vidit Santoş, Aditya Mittal (hamısı Hindistan), Riçard Rapport (Macarıstan), Yan-Kşıştof Duda (Polşa), Nodirbek Abusattarov (Özbəkistan), Vinsent Keymer (Almaniya), David Quyarro (İspaniya), Nils Qrandelius (İsveç), Erik Hansen (Kanada) və Daniel Narodskidir (ABŞ).

Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutacaq şahmatçı pley-offa vəsiqə qazanacaq. "Aimchess Rapid" adlanan turnir oktyabrın 14-dən 21-dək keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677
avatar

Oxşar yazılar