Münhenin "Bavariya" futbol klubunun müdafiəçisi Luka Hernandez həyat yoldaşı Amelia Lorentenə xəyanət edib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Luka Hernandez Kriştiano Ronaldonun keçmiş sevgilisi məşhur model Kristina Buçino ilə münasibətdədir.
Lorente Hernandez həyat yoldaşının xəyanətini sosial şəbəkələrdə bu yazı ilə bəyan edib:
"İndi aktyorluq etməyi və hər iki tərəfdə yaşamağı dayandıra bilərsən. Həyat yoldaşımı o qadına verdim. Luka, yadına sal ki, gəlib görmədiyin iki uşağın var.
Qeyd edək ki, Luka və Amelia 2017-ci ilin iyununda ailə qurublar.