Kriştiano Ronaldo bu qış "Mançester Yunayted"i tərk edə bilməyəcək. Xatırladaq ki, portuqaliyalı hücumçu komandanın yeni baş məşqçisi Erik ten Haqın rəhbərliyi altında nadir hallarda heyətə düşür və vəziyyəti dəyişmək istəyir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, daha əvvəl hücumçuya başqa klubların da maraq göstərdiyi bildirilirdi. Lakin mankunianların rəhbərliyinin bu məsələdə öz fikri var.
“Utdreport”un ESPN-in jurnalisti Rob Dousona istinadən verdiyi məlumata görə, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq futbolçunun düşdüyü vəziyyəti anlayır. Lakin o, mövsüm irəlilədikcə Kriştianonun getməsini istəmir. Üstəlik, məşqçiyə bildirilib ki, qışda heyətin xeyli güclənəcəyini gözləməyə dəyməz.
Bundan başqa, “Mançester Yunayted”in rəhbərliyi Ronaldonun yanvarda getməyəcəyinə əmindirlər ki, bu da böyük ölçüdə ona marağın az olacağı, o cümlədən maaş tələblərinə görədir.