"Barselona"nın və Braziliya yığmasının sabiq hücumçusu Ronaldinyo kataloniyalıların baş məşqçisi Xaviyə dəstək olub.
“Xavi mənim dostumdur. Ümid edək ki, “Barselona”da onun üçün işlər yaxşı davam edəcək və o, liqa titulunu qazana biləcək”, - Lent.az xarici mediaya istinadla xəbər verir ki, Ronaldinyo deyib.
Xatırladaq ki, 20 oyundan sonra kataloniyalılar İspaniya çempionatında ən yaxın izləyicisi “Real”ı səkkiz xal qabaqlayırlar.
Eyni zamanda “Barselona” Çempionlar Liqasının qrupundan vəsiqə qazana bilməyib və Avropa Liqasında pley-offda “Mançester Yunayted”lə mübarizəni davam etdirəcək.