“Roma” Ronaldonun transferini açıqlayacağı  günü müəyyənləşdirdi
01 iyul 2022 03:22 (UTC +04:00)

“Roma” Ronaldonun transferini açıqlayacağı günü müəyyənləşdirdi

İtaliya millisinin sabiq futbolçusu Ancelo Di Livio maraqlı iddia ilə çıxış edib.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun “Roma”ya keçəcəyini bildirib.

“Roma”nın sabiq üzvü bu xəbəri bir neçə mənbədən təsdiqlətdiyini söyləyib. Di Livionun sözlərinə görə, hazırda tərəflər arasında danışıqlar davam edir. Paytaxt təmsilçisi portuqaliyalı superulduzun transferini iyulun 7-də açıqlamağı planlaşdırır.

Qeyd edək ki, “Mançester Yunayted”lə müqaviləsi gələn ilin yayına qədər olan Kriştiano Ronaldonun komandadan ayrılmaq istədiyi barədə bir neçə dəfə yazılıb.

# 1845
avatar

Oxşar yazılar