Reşford üçün yeni müştəri  ortaya çıxdı
01 dekabr 2025 13:06 (UTC +04:00)

Reşford üçün yeni müştəri ortaya çıxdı

0

PSJ Markus Reşfordun "Barselona"dakı karyerasını yaxından izləyir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Fransa klubu 28 yaşlı ingilis futbolçunu potensial hücum xəttinin gücləndirilməsi variantı kimi görür.

"Barselona" da Reşfordu transfer etmək üçün əsas namizəd olaraq qalır, lakin bu yay kluba 35 milyon avroya başa gələcək.

Xatırladaq ki, Markus bu mövsüm 18 oyunda altı qol vurub və yeddi məhsuldar ötürmə edib. Reşford "Mançester Yunayted"dan icarəyə götürülüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar