"Real"ın müdafiəçisi azyaşlının seks videosunu yaymaqda  ittiham olunur
11 fevral 2025 18:08 (UTC +04:00)

"Real"ın müdafiəçisi azyaşlının seks videosunu yaymaqda ittiham olunur

"Real Madrid" klubunun mərkəzi müdafiəçisi Raul Asensio yetkinlik yaşına çatmayan uşağın iştirak etdiyi seks videosunu yaymaqda ittiham olunur. Las Palmas Əyalət Məhkəməsi futbolçunun şikayətini rədd edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, müdafiəçinin videoyazıya çıxışı olduğu və onu üçüncü şəxsə - komanda yoldaşları tərəfindən gizli lentə alınan iki qızdan birinin sevgilisinə göstərdiyi qeyd olunur.

Asensio 21 yaşındadır. Bu mövsüm bütün turnirlərdə 31 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. Futbolçunun “Real Madrid”lə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. Transfermarkt internet portalı futbolçunun bazar dəyərini 7,5 milyon avro olaraq qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2691

Oxşar yazılar