“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti qapıçılar Kepa Arrizabalaqa və Andrey Lunin arasında seçim edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, baş məşqçi Lunini klubun əsas qapıçısı seçib.
Əvvəllər Ançelotti zədəli Tibo Kurtuanın yoxluğunda Kepanı əsas oyunçu hesab edib. Amma o, fikrini dəyişib. Dönüş nöqtəsi isə Andreyin oynadığı La Liqada “Betis”lə matç (1:1) olub.
Bildirilir ki, ukraynalı gücləndiyi üçün məşqçi Lunini ehtiyat oyunçular skamyasına qaytarmaq üçün heç bir səbəb görmür. O, Kepadan (86-ya qarşı 77) daha üstündür və komandanı çətin vəziyyətlərdə daha tez-tez xilas edib, bu da diqqəti cəlb edib. Ukraynalı qolkiperin oyunu ötən mövsümlə müqayisədə daha inamlı olub.
Lunin cari mövsümdə səkkiz oyun keçirib. Bu oyunlarda beş qol buraxıb və dörd dəfə qapısını toxunulmaz qoyub.