"Real"ın əməkdaşları Mbappenin gəlişindən narahatdırlar  - SƏBƏB
01 iyun 2024 17:45 (UTC +04:00)

"Real"ın əməkdaşları Mbappenin gəlişindən narahatdırlar - SƏBƏB

“Real Madrid”in bəzi işçiləri bu yay komandaya qoşulacaq hücumçu Kilian Mbappenin komandanın atmosferinə mənfi təsir göstərə biləcəyindən narahatdırlar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Los Blancos əməkdaşları Mbappenin kluba gəlişindən əvvəl kuboklar qazanan komandaya uyğunlaşa bilməyəcəyindən ehtiyat edirlər. Komandada ən yüksək maaş da fransalı hücumçuya məxsus olacaq.

“Real Madrid” oyunçularının Mbappenin kluba gəlişinə müsbət baxdıqları və onunla oynamaq fürsətini səbirsizliklə gözlədikləri vurğulanır.

Xatırladaq ki, daha əvvəl mətbuatda Madrid klubunun Mbappe ilə müqavilə imzaladığını 3 və ya 4 iyunda elan edəcəyi, lakin Avropa Çempionatından sonra onu öz oyunçusu kimi təqdim edəcəyi ilə bağlı məlumatlar yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644
avatar

Oxşar yazılar