“Real” “Espanyol”a məğlub oldu:  klub rekordunu   müəyyənləşdirdi
02 fevral 2025 14:12 (UTC +04:00)

“Real” “Espanyol”a məğlub oldu: klub rekordunu müəyyənləşdirdi

La Liqanın 22-ci turunda "Real" səfərdə "Espanyol"a uduzub.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, buna baxmayaraq, Madrid komandası öz klub rekordunu müəyyənləşdirib. Karlo Ançelottinin komandası 76 faiz topa sahib olub ki, bu da 2005/06 mövsümündən bəri səfərdə ən yaxşı göstəricisidir.

Onu da qeyd etmək lazımdır ki, gözlənilən qollar modelinə görə, “Real” 1.79 xG, “Espanyol” isə cəmi 0.31 xG toplayıb.

Məğlubiyyətə rəğmən, “Kral klubu” hələ də birinci yerdədir, bununla belə, “Atletiko” ilə aralarındakı fərq cəmi bir xaldır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399

Oxşar yazılar