Azərbaycan millisinin qapıçısı Emil Balayev "Qarabağ" klubundan ayrılıb.
Lent.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Məlumata görə, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib: “Emil Balayevə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.