“Qarabağ” Konfrans Liqasının III təsnifatında bu komanda ilə QARŞILAŞACAQ
31 iyul 2021 13:40 (UTC +04:00)

“Qarabağ” Konfrans Liqasının III təsnifatında bu komanda ilə QARŞILAŞACAQ

“Qarabağ” Konfrans Liqasının III təsnifat mərhələsində AEL ilə görüşəcək.

Apasport.az saytının məlumatına görə, Limassol təmsilçisi avrokuboklarda Azərbaycan klubları ilə görüşən 3-cü Kipr klubu olacaq.

İndiyədək yalnız APOEL və “Apollon” təmsilçilərimizə rəqib olub. APOEL-lə 8, sonuncularla 2 matç baş tutub.

Bu 10 matçda üç dəfə bizimkilər, üç dəfə rəqiblər qələbə qazanıb. 4 matç sülhlə bitib. Top fərqi adalıların xeyrinədir – 13:11.

“Qarabağ” APOEL-lə 4 dəfə üz-üzə gəlib. Kiprlilər 2, təmsilçimiz 1 dəfə qalib gəlibsə, 1 oyun sülhlə bitib. Rəqib top fərqində də öndədir – 7:5.

10.08.1995. APOEL (Kipr) - Neftçi -    3:0 
24.08.1995. Neftçi - APOEL (Kipr) -    0:0
23.08.2012. Neftçi - APOEL (Kipr) -    1:1
30.08.2012. APOEL (Kipr) – Neftçi - 1:3
30.07.2015. Apollon (Kipr) - Qəbələ - 1:1
06.08.2015. Qəbələ - Apollon (Kipr) -    1:0
06.08.2019. APOEL (Kipr) - Qarabağ    - 1:2
13.08.2019. Qarabağ - APOEL (Kipr)    - 0:2
24.10.2019. Qarabağ - APOEL (Kipr)    - 2:2
07.11.2019. APOEL (Kipr) - Qarabağ    - 2:1

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2190
avatar

Oxşar yazılar