
“Qarabağ” bu Avropa klublarını geridə qoydu - Dünya reytinqi
Dünyanın ən yaxşı futbol klublarının reytinq siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlində planetin ən yaxşı 401 klubu yer alıb.
Azərbaycan 2020-ci ilin yekunlarına əsasən tərtib edilən siyahıda yalnız bir komanda ilə təmsil olunub. Ölkəmizin ən yaxşısı “Qarabağ”dır.
Son illərin dəyişməz çempionu dünyanın 147-ci komandasıdır. Hesabında 80 xal olan Qurban Qurbanovun yetirmələri bu pilləni 4 klubla bölüşür.
147-151-ci yerlərə şərik olan 5 komandanın eyni xalı var. “Qarabağ”ın şərikləri “Sauthempton” (İngiltərə), “Penyarol” (Uruqvay), “Viktoriya” (Çexiya) və “Atletiko Mineyro”dur (Braziliya).
2019-cu ilin yekunlarında 80-ci olan “Qarabağ” bir il ərzində 67 pillə geriləyib. Lakin təmsilçimiz hələ də “Everton”, “Nyukasl” (hər ikisi İngiltərə), MOİK, “Lokomotiv” (hər ikisi Rusiya), “River Pleyt” (Argentina), “Xetafe”, “Selta”, “Valensiya” (hər ikisi İspaniya), “Beşiktaş”, “Fənərbaxça” (hər ikisi Türkiyə) kimi klubları qabaqlayır.
Cədvələ Almaniya “Bavariya”sı başçılıq edir – 260 xal. “Palmeyras”ın (Braziliya) 230, PSJ-nin (Fransa) 226 xalı var. Qardaş Türkiyənin ən yaxşı təmsilçiləri “Qalatasaray”la “Başakşəhər” 93,5 xalla 116-cı yerdədir. İstanbulun digər iki nəhəngi “Beşiktaş” 212-ci, “Fənərbaxça” isə 215-cidir.

Oxşar yazılar

Azərbaycanda ilk şahmat akademiyası - FİDE təsdiqlədi
26 fevral 2021 , 17:46
Avropa liqasında növbəti mərhələnin püşkü atıldı
26 fevral 2021 , 16:24
Dünya çempionunun evində marixuana ferması tapıldı
26 fevral 2021 , 14:00
Aronyan Ermənistanı tərk etdi
26 fevral 2021 , 13:35
“Hamilə qalsan, özümü güllələyəcəyəm” – İdmançı
26 fevral 2021 , 11:15
Ronaldo Messi ilə şərikdir
26 fevral 2021 , 10:27
“Ağ-qaralar” qola həsrətdir - “Neftçi”nin sindromu
26 fevral 2021 , 09:07
Məhkəmə “Qalatasaray”ın istəyini təmin etdi
26 fevral 2021 , 06:11