“Qalatasaray”dan  ilin SÜRPRİZİ:   İlkay Gündoğan
13 yanvar 2023 18:57 (UTC +04:00)

“Qalatasaray”dan ilin SÜRPRİZİ: İlkay Gündoğan

Ara transfer dövrünün işini sürətləndirən “Qalatasaray”, ilin sürprizinə hazırlaşır. 

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, "Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq İlkay Gündoğan üçün sarı-qırmızılılar hərəkətə keçib.

"Qalatasaray"ın "transfer sehrbazı" Erden Timur yenidən böyük iddialara düşüb. “Fənərbaxça”nı derbi qarşılaşmasında 3:0 hesabı ilə məğlub edən və xal fərqini 4-ə yüksəldən sarı-qırmızılılar üçün ara transfer dövrü böyük əhəmiyyət kəsb edir. Liderliyi əldən vermək fikrində olmayan “Qalatasaray” çatışmayan mövqelərin möhkəmləndirməsi üçün qollarını çırmalayıb. Heyətini bir neçə  transferlə ilə gücləndirmək istəyən “Cimbom” gündəmə səs gətirəcək bir futbolçu qoyub.

"Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq İlkay Gündoğan Erden Timurun xəyalında olan futbolçudur...

Prezident Dursun Özbek və Okan Burukla görüşən Erden Timur, "Ağılımda İlkay Gündoğan var" deyib.

Buruk "Adam “Mançester Siti”də, gəlməyəcək" bildirərkən, Özbek "Maddi cəhətdən çox çətindir" deyib.

Timur, "Gəlin əlimizdən gələni edək. İkardiyə "mümkün deyil" dedilər, amma aldıq", - cavabını verib.

Erden Timur 32 yaşlı futbolçu üçün ilkin işlərə başlayıb. Bu transfer üçün bütün vasitələr səfərbər olunacaq.

İlkay Gündoğan bu mövsüm İngiltərə Premyer Liqasında 15 oyunda meydana çıxıb. O, bu görüşlərdə 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

O, Almaniya millisində 66 oyunda meydana çıxıb və 17 qol vurub.

Peşəkar karyerasına “Nürnberq”də başlayan İlkay 2011-ci ildə 5,5 milyon avroya Dortmund "Borussiya"sına keçib. Performansı ilə diqqət çəkən uğurlu futbolçu 2016-cı ildə İngiltərə nəhəngi "Mançester Siti"yə 27 milyon avroya gəlib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2658
avatar

Oxşar yazılar