"Qalatasaray" Kiyev "Dinamo"sunun hücumçusu Matvey Ponomarenko ilə maraqlanır.
Lent.az bildirir ki, lakin, türkiyəli bir mənbənin sözlərinə görə, klub bu yay transferi başa çatdıra bilməyəcək.
Səbəb müqavilənin dəyərindədir: "Dinamo" hücumçu üçün təxminən 30 milyon avro tələb edir ki, bu da "Qalatasaray" üçün əlçatmaz bir məbləğdir.
Transferin baş tutmayacağına təsir edən digər amil Türkiyədəki əcnəbi oyunçuların sayına qoyulan məhdudiyyətdir.