“Yuventus” futbol klubunda çıxış edən məşhur futbolçu Paul Poqba A Seriyasının 35-ci həftəsinin oyununda zədələnib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi aldığı zədə səbəbindən Fransa millisinin iyundakı oyunlarında meydana çıxa bilməyəcək.
Əldə olunan məlumatlara görə, tibbi müayinədə fransalının omba nahiyəsindən zədə aldığını və təxminən üç həftə oynaya bilməyəcəyi məlum olub. Bu o deməkdir ki, Poqba 2024-cü il Avropa çempionatının növbəti seçmə oyunlarında oynamayacaq.
Qeyd edək ki, Fransa millisi iyunun 16-da səfərdə Cəbəllütariq, 19-da isə Parisdə Yunanıstan millisi ilə qarşılaşacaq.