Neymar komanda yoldaşını vurub  Şok detallar 
15 aprel 2024 09:20 (UTC +04:00)

Neymar komanda yoldaşını vurub Şok detallar 

Gündəlik “L'Equipe” qəzetində “Neymarın süqutu” başlıqlı məqalə dərc olunub. 

Lent.az bildirir ki, Fransa mətbuatı braziliyalının PSJ-dəki çıxışı zamanı davranışının təfərrüatlarını ətraflı təsvir edib.

2017-ci ildə “Santos”un yetirməsi tarixin ən böyük transferinin baş qəhrəmanı olub. Parislilər onu 222 milyon avro ödəyərək "Barselona"dan alıblar.

Geriyə nəzər salsaq, bu sövdələşməni uğurlu hesab etmək çətindir. Neymar Çempionlar Liqasında komandanı qələbəyə apara bilməyib və səhhətindəki müxtəlif problemlərə görə bir çox oyunu buraxıb.

Futbolçunun məşqçilərə və komanda yoldaşlarına qarşı davranışı da tənqidlərə səbəb olub.  “L'Equipe” jurnalistləri ötən mövsüm Neymarın Kristof Qaltyenin köməkçisi ilə mübahisə etdiyini və bunu digər oyunçuların gördüyünü bildiriblər.

Məşqlərin birində İsmael Qarbi ilə də mübahisə yaranıb. Gənc yarımmüdafiəçi braziliyalıdan topu alıb, o, komanda yoldaşı qazonda yatarkən onun başına zərbə endirərək cavab verib. Bu, yeganə belə hadisə deyilmiş.

"Neymar məşqdə Vitinya ilə də kobud davranıb. Vitinya bunu inkar edib, çünki o, yaxşı oğlandır və problem istəmir, lakin o, bir neçə dəfə təhqir olunub", - klub mənbəsi deyib.

Fransa mətbuatı 32 yaşlı futbolçunun spirtli içki ilə bağlı ciddi problemləri olduğunu bir daha təsdiqləyib. Onun məşqə sərxoş gəldiyi iddia edilən hallar olub. Əvvəllər mətbuatda artıq futbolçunun bu aludəçiliklə bağlı problemlərinin olduğu haqda məlumatlar yayılmışdı.

“L'Equipe” onu da xəbər verir ki, Luis Enrike kluba gələn kimi Neymarı dərhal danlayıb. Məşqçi onu mövsümöncəsi Yaponiya turuna aparmaq istəməyib. Bununla belə, Luiş Kampuş məşqçini inandırıb ki, braziliyalı transfer bazarında dəyərini artırmaq üçün yoldaşlıq görüşlərində meydana çıxmalıdır.

Ötən yay Neymar Fransa paytaxtını tərk edib. Onu 90 milyon avro ödəyərək “Əl-Hilal” alıb. Hücumçu Səudiyyə klubunun heyətində cəmi 5 oyunda iştirak edə bilib. O, artıq bir neçə aydır ki, çarpaz bağın yırtılmasından müalicə olunur.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3507

Oxşar yazılar

Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

17 may 2025 , 19:43
Neymarın   taleyi məlum oldu

Neymarın taleyi məlum oldu

17 may 2025 , 16:36
"Real" Ronaldonun oğlu  ilə maraqlanır

"Real" Ronaldonun oğlu ilə maraqlanır

17 may 2025 , 15:20
"Real" yeni müdafiəçi aldı

"Real" yeni müdafiəçi aldı

17 may 2025 , 10:00
Amerikalı basketbolçu edam edilə bilər

Amerikalı basketbolçu edam edilə bilər

16 may 2025 , 19:59
Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa  başladılar

Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa başladılar

16 may 2025 , 18:56
Avropa Liqasında qalib gəlsələr, bu qədər  mükafat alacaqlar

Avropa Liqasında qalib gəlsələr, bu qədər mükafat alacaqlar

16 may 2025 , 16:42
Zinəddin Zidan "Fənərbaxça"ya gəlir?

Zinəddin Zidan "Fənərbaxça"ya gəlir?

16 may 2025 , 14:18