Narkotik alverində   ittiham olunurdu: 17 il sonra bəraət aldı
02 fevral 2023 13:32 (UTC +04:00)

Narkotik alverində ittiham olunurdu: 17 il sonra bəraət aldı

"Yuventus"un və "Napoli"nin keçmiş hücumçusu Mikel Padovano narkotik ittihamından bəraət alıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 56 yaşlı keçmiş futbolçu 2006-cı ildə həşiş alverində şübhəli bilinərək həbs edilib. Prokurorluq onun 24 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, sonradan bu müddət 6 il 8 aya endirilib. Keçən il Padovano Kassasiya Məhkəməsində qalib gəlib və indi ona ikinci Apellyasiya Məhkəməsində bəraət verilib.

“On altı il əvvəl həyatımdakı işıq söndü. Bu gün qaranlıq dağıldı, az qala kor oldum, amma ürəyim yenidən isindi, göz yaşı tökdüm. Ədalətə, vəkillərim Cakomo Françini və Mikel Qalassoya, həyat yoldaşıma, oğluma və mənə hər zaman inanan hər kəsə təşəkkür edirəm”, - Padovano bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2313
avatar

Oxşar yazılar