Müqaviləsi uzadılacaq
06 fevral 2023 17:51 (UTC +04:00)

Müqaviləsi uzadılacaq

0

"Çelsi" mərkəz müdafiəçisi Tiyaqo Silvanın oyunundan razıdır.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə insayder Fabrizio Romano məlumat verib.

Onun sözlərinə görə, London klubu futbolçu ilə müqaviləni 2024-cü ilin yayına qədər uzatmaq qərarına gəlib. Hazırkı müqavilə 2023-cü ilin iyununda başa çatır.

Xatırladaq ki, təcrübəli braziliyalı 2020-ci ilin avqustundan London klubunda çıxış edir. Bu müddət ərzində futbolçu 105 oyun keçirib və komandasına Çempionlar Liqası və UEFA Super Kuboku da daxil olmaqla 4 kuboku qazandırıb.

Tiyaqo Silva əvvəllər PSJ, “Milan” və digər klublarda çıxış edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1913

Oxşar yazılar