Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo "Barselona"nın 22 yaşlı ispaniyalı hücumçusu Ansu Fatinin transferindən imtina etməli olub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, transferdən imtina oyunçunun bud nahiyəsindən aldığı zədə ilə bağlıdır. Onun sağalması təxminən bir ay çəkəcək.
Xatırladaq ki, hücumçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir. Bu mövsüm Fati kataloniyalıların heyətində 7 oyun keçirib və bu oyunda effektli olmayıb. Transfermarkt portalının məlumatına görə, hücumçunun dəyəri 15 milyon avrodur.