Modriç ağır şərtlə "Real"da qaldı
13 iyun 2024 13:03 (UTC +04:00)

Modriç ağır şərtlə "Real"da qaldı

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç "Real Madrid"lə yeni müqaviləsi üçün maaşının ikiqat azaldılmasına razılaşıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, komanda rəhbərliyi ilə danışıqlardan sonra tərəflər razılığa gəliblər ki, gələn mövsüm yarımmüdafiəçi 10 deyil, 5 milyon avro qazanacaq. 38 yaşlı Modriçlə yeni müqavilə 1 illik olacaq. Hazırkı müqavilənin müddəti iyunun 30-da başa çatır.

Ötən mövsüm Modriç "Real"ın heyətində bütün turnirlərdə 46 oyun keçirib. Bu oyunlarda iki qol vurub və yeddi məhsuldar ötürmə edib.

Xorvatiyalı yarımmüdafiəçi 2012-ci ildən "Real Madrid"də çıxış edir. Komanda ilə birlikdə o, dörd dəfə İspaniya çempionatının, altı dəfə Çempionlar Liqasının qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2682
avatar

Oxşar yazılar